• Bakı 21° C

    11.94 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığı müzakirə edib

CƏMİYYƏT

25 May 2025 | 12:01

Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 24-də ölkəmizdə səfərdə olan  Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qonağı səmimi salamlayan Adil Kərimli deyib ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir.

Dövlət və hökumət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri, imzalanan sənədlər, eləcə də iki ölkənin birgə həyata keçirdiyi önəmli layihələr xalqlarımızı daha da yaxınlaşdırır.

Ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə də əlaqələr dinamik şəkildə inkişaf edir. Mədəni əməkdaşlıqda yeni səhifələrin açılması üçün münbit şərait mövcuddur.

Qeyd olunub ki, Azərbaycan tərəfi Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana, film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda maraqlıdır.

Səmimi qəbula görə həmkarına təşəkkürünü bildirən xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib.

Gürcü nazir beynəlxalq mədəniyyət layihələrində birgə iştirak və yaradıcı kollektivlərin qarşılıqlı qastrol səfərlərinin bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.


SON XƏBƏRLƏR

24 May 2025