Respublika Fənn Olimpiadalarının (RFO) builki nəticələri ölkənin təhsil xəritəsində maraqlı mənzərə yaradıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qaliblər ümumilikdə 224 ümumtəhsil məktəbi üzrə paylanıb.
Onların sırasında kənd və rayon məktəblərinin üstünlük təşkil etməsi xüsusi diqqət çəkib.
Təhsil Nazirliyinin açıqladığı məlumata görə, qaliblərin 81-i kənd və qəsəbə məktəblərindən, 56-sı isə rayon mərkəzlərində yerləşən məktəblərdən çıxıb.
Bu göstəricilər bölgələrdə təhsilin keyfiyyətinin artdığını və şagirdlərin elmi biliklərə marağının yüksəldiyini təsdiqləyir.
Qeyd edək ki, RFO ölkədə istedadlı şagirdlərin aşkara çıxarılması və dəstəklənməsi baxımından mühüm rol oynayır. Olimpiadanın nəticələri həm də məktəblərin tədris keyfiyyətinə dolayısı ilə güzgü tutur. Bu ilki nəticələr isə bölgə məktəblərinin inkişafına dair pozitiv tendensiyanı nümayiş etdirir.
Əli Hüseynov