• Bakı 31° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

İstanbul danışıqları nəticəsini göstərdi - Əsirlər dəyişdirildi

CƏMİYYƏT

23 Iyul 2025 | 23:53

İstanbul danışıqları nəticəsini göstərdi - Əsirlər dəyişdirildi

Rusiya Kiyevin nəzarətində olan ərazidən bir qrup rus hərbçisini geri qaytarıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərini təhvil verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 23-də, iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində USQ-nin bir qrup hərbi əsiri təhvil verilib", - qurumun məlumatında deyilir. 

Bildirilib ki, rusiyalı hərbçilər Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bütün Rusiya hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək.


SON XƏBƏRLƏR

23 Iyul 2025