Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, abituriyentlər bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya DİM-in saytında şəxsi kabinetə daxil olaraq nəticələrini öyrənə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb.
86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.