• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırıldı - VİDEO

CƏMİYYƏT

24 Iyul 2025 | 10:20

Yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırıldı - VİDEO

Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin nümayəndəsinə təqdim edilib.


SON XƏBƏRLƏR