Sertifikasiya imtahanları ilə bağlı proses yekunlaşdıqdan sonra daxil olan müraciətlər və şikayətlər araşdırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda sertifikasiya prosesi davam edir və bütün mərhələlər başa çatdıqdan sonra ümumi təhlillər aparılacaq:
“Prosesin sonunda həm iştirakçıların nəticələri, həm də daxil olan şikayətlər nəzərdən keçiriləcək. Əsas məqsəd obyektiv və şəffaf qiymətləndirməni təmin etməkdir".
Əli Hüseynov