İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 52 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da yanvarda yaradılmış atəşkəsi pozub.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.