Qərb keçmişin dəhşətli səhvlərindən heç nə öyrənmir və mövcud olmayan "nüvə silahları"nı məhv etməklə eyni zamanda İranda rejim dəyişikliyi məqsədini güdür.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"İrana gəlincə, biz yenə də kütləvi qırğın silahları, eləcə də rejim dəyişikliyi ilə bağlı bütün deyilənləri eşidirik. Bütün ssenarilər birləşib. Və Qərbin nöqteyi-nəzərindən rejim dəyişdirilməli, kütləvi qırğın silahları orada olmasa da, məhv edilməlidir", - Zaxarova qeyd edib.