• Bakı 31° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Türkiyədə meşə yanğınları ilə mübarizədə 10 nəfər həlak oldu

DÜNYA

23 Iyul 2025 | 23:31

Türkiyədə meşə yanğınları ilə mübarizədə 10 nəfər həlak oldu

Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarına müdaxilə edən on işçi həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Məlumata əsasən, Eskişehirdən başlayaraq Afyonkarahisar ərazisinə keçən yanğında istiqamətini qəfil dəyişən küləyin təsiri ilə 24 nəfər alovların əhatəsində qalıb. Onlardan beşi meşə işçisi, beşi isə Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşı olmaqla on nəfər həlak olub. Hazırda digər 14 nəfərin müalicəsi xəstəxanada davam edir.

Nazir Türkiyə üzrə yeddi ocaqda yanğınla mübarizənin davam etdiyini bildirib.

Sabahdan etibarən havanın temperaturunun daha da artacağını deyən Yumaklı əhalini diqqətli olmağa çağırıb.


SON XƏBƏRLƏR

23 Iyul 2025