• Bakı 21° C

    10.17 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Yekun qərar hücumlar dayandırıldıqdan sonra veriləcək - Əraqçi

DÜNYA

24 Iyun 2025 | 07:35

Yekun qərar hücumlar dayandırıldıqdan sonra veriləcək - Əraqçi

“İsrail rejimi Tehran vaxtı ilə səhər saat 4-dən sonra hücumları dayandırsa, davam etdirmək niyyətimiz olmayacaq”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi “X” hesabında yazıb:

Onun sözlərinə görə, hələlik hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq yoxdur.

"Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar hücumlar dayandırıldıqdan sonra veriləcək. Bütün iranlılarla birlikdə əziz ölkəmizi son damla qanına qədər müdafiə etməyə hazır olan və düşmənin istənilən hücumuna son dəqiqəyə qədər cavab verən cəsur Silahlı Qüvvələrimizə təşəkkür edirəm", - Abbas Əraqçi yazıb.


SON XƏBƏRLƏR