Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "T-140" markalı traktorun "QAZ- 24" markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü - 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin - 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
21:29
Yevlaxda traktorun altında qalıb ölən sürücü Mingəçevir sakini Mustafayev Firdovsi İlqar oğludur.
Bakıvaxtı.az xəbər verir ki, yaralı isə 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğludur. O, cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə traktor "Qaz 31" markalı maşını çəkərkən baş verib. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi aşıb.
19:56
Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.
Bakıvaxtı.az xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır. /APA