• Bakı 19° C

    12.04 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycanlı zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşəcək

CƏMİYYƏT

25 May 2025 | 20:40

Azərbaycanlı zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşəcək

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    "178 nəfərlik ikinci zəvvar qrupu sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Zəvvarlar 4 qrupa bölünüb. İlk qrup 43, digərləri 45 nəfərdən ibarətdir",- o bildirib.

    Həmçinin o qeyd edib ki, hazırda ilk zəvvar qrupu miqat üçün Cöhfədədir. Onlar vacib sözləri deyərək ehram bağlayacaqlar.

    Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.


    SON XƏBƏRLƏR

    25 May 2025
    24 May 2025