• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir: Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir

CƏMİYYƏT

24 Iyun 2025 | 16:46

Nazir: Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin:

“30 sualdan 30-na da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir".

E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır:

“Bu sahədə geri qalırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026