• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Çuğundur suyunun faydaları

CƏMİYYƏT

24 Iyul 2025 | 16:32

Çuğundur suyunun faydaları

Çuğundur suyunun faydaları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Exeter Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər.

Məlumata görə, konsentratlaşdırılmış çuğundur suyu ağızdakı bakteriyaların tərkibini dəyişdirərək yaşlı insanlarda qan təzyiqini aşağı salmağa kömək edir.

Tədqiqatda 75 könüllü iştirak edib. Onlarda 36-sı yaşlı  və 39-u isə gənc olub. İştirakçılar iki qrupa bölünüb və onlara iki həftə ərzində çuğundur şirəsi qəbul etdirilib. Onlar içkini gündə iki dəfə içiblər.

Eksperimental müddətin sonunda hər bir könüllünün ağız mikrobiomu ardıcıllıqla təhlil edilib. Məlum olub ki, yaşlı iştirakçılarda şirəni içdikdən sonra Prevotella kimi potensial zərərli bakteriyalarda azalma, Neisseria kimi faydalı bakteriyalarda isə artım müşahidə olunub.

Bu dəyişikliklər nitratların qida vasitəsilə qəbul edilib azot oksidinə çevrilməsini daha effektiv edib. Azot oksidi isə damarların genişlənməsini tənzimləyir. Nəticədə, hipertoniyası olan şəxslərdə qan təzyiqi əhəmiyyətli dərəcədə azalıb. Gənc iştirakçılarda isə bu cür effekt müşahidə olunmayıb.

Alimlər qeyd edirlər ki, nitratla zəngin qidalanma yaş artdıqca ürək-damar sağlamlığını qorumaq üçün əlçatan üsul ola bilər. Onlar xatırladıblar ki, çuğundurdan əlavə nitratlar ispanaq, rukkola, kərəviz, şüyüd və kələm kimi tərəvəzlərdə də mövcuddur.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyul 2025