• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Dəsmallardan təhlükəsiz istifadənin qaydaları

CƏMİYYƏT

24 Iyul 2025 | 15:37

Dəsmallardan təhlükəsiz istifadənin qaydaları

Dəsmallardan təhlükəsiz istifadə ilə bağlı iki qayda açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Bildirilib ki, dəsmallar bir neçə istifadədən sonra yuyulmalıdır. İzah edilib ki, dəsmal uzun müddət nəm qaldıqda onun üzərində patogen mikroorqanizmlər sürətlə çoxalır. Bu isə dəri üzərində qızartı, səpki və iltihab kimi problemlərə səbəb ola bilər.

Bundan əlavə, vurğulanıb ki, dəsmal fərdi istifadəyə aid olan əşyadır və eyni dəsmaldan ailənin bütün üzvləri istifadə etməməlidir.

Dəri xəstəlikləri, dermatit, diatez, herpes və irinli səpkilərdən əziyyət çəkən şəxslərin isə yalnız özlərinə məxsus, başqaları tərəfindən istifadə olunmayan ayrıca dəsmalının olmasının vacibliyi qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyul 2025