• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Londonda "YAŞAT" yay məktəbi davam edir

CƏMİYYƏT

24 Iyul 2025 | 14:32

Londonda YAŞAT yay məktəbi davam edir

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi London Universitet Kollecində keçirilir və ilk  növbədə iştirakçılar ingilis dili biliyinin ölçülməsi məqsədilə səviyyə imtahanında iştirak ediblər. Daha sonra onlar hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Tədrislə yanaşı, proqram çərçivəsində zəngin ekskursiya proqramı da təşkil olunur. İştirakçıların ekskursiyası Londonun rəmzi sayılan “Big Ben”i ziyarətlə başlayıb, Vestminster abbatlığı və sarayı ilə davam edib. Ardınca iştirakçılar Müqəddəs Pavel kafedralı və dünyanın ən çox ziyarət edilən, milli-beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi Teyt Modern muzeyində olublar. Temza çayı üzərində tikilmiş ən yeni körpü olan Millenium və tarixi Tauer körpüsü, London qalası və Madam Tüsso muzeyi də onların marağına səbəb olub.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.


SON XƏBƏRLƏR