• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Köç Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub -  FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

24 Iyul 2025 | 14:48

Köç Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub -  FOTOLAR - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin növbəti köçü baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

    Bu mərhələdə Həsənriz kəndinə 30 ailə - 114 nəfər köçürüldü.Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib:

    "Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz, işıq və internet xidmətləri aktivdir. Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür".

    S. Qəhrəmanov, sakinlərin işlə təminatında da köməklik göstəriləcəyini deyib.

    Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 oldu. 566 nəfər Həsənrizə qayıdıb.

     

    ***

    14:01

    Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bununla da kəndə köçürülən ailələrin sayı 119-a (420 nəfər) çatıb.

    ***

    12:07

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, yolasalma Tərtər rayonu Bayraq meydanından olub.

    Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.

    Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.


    SON XƏBƏRLƏR