• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Sabunçu RİH-dən küçə itləri problemi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

24 Iyul 2025 | 14:20

Sabunçu RİH-dən küçə itləri problemi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Bəhruz Kəngərli küçəsində sahibsiz itlərin sakinlər üçün təhlükə yaratması ilə bağlı yayımladığı özəl araşdırma ictimai rezonansa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti redaksiyamıza açıqlama verib.

Rəsmi məlumata görə, Sabunçu Rayon İcra Hakimiyyəti sakinlərin narahatlığına əsaslanaraq məsələni nəzarətə götürüb və problem aidiyyəti üzrə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə yönləndirilib.

"Sabunçu rayonu ərazisində sahibsiz heyvanlarla bağlı daxil olan müraciətlər mütəmadi olaraq araşdırılır. Hazırda qeyd olunan ərazidə müşahidə edilən vəziyyətə dair məlumat aidiyyəti üzrə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə təqdim olunub. Problemin həlli istiqamətində tədbirlərin görülməsi üçün məsələ aidiyyəti quruma çatdırılıb", – deyə Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib.

Gözlənilən tədbirlər nə vaxt görüləcək?

Bakıvaxtı.az olaraq qeyd etmək istərdik ki, bu açıqlama problemin mövcudluğunu bir daha təsdiqləyir. Məsələ ilə bağlı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin mövqeyin işıqlandırmağa hazırıq.

Sakinlər isə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. 

Əli Hüseynov


SON XƏBƏRLƏR