• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO

CƏMİYYƏT

24 Iyun 2025 | 18:52 | Müəllif: Subhan Mahmudov

Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. 

Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib. 

“Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur” - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026