Dövlət sərhədinin etibarlı mühafizəsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bakıvaxtı.az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.
İyulun 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı Savfan Məhəmməd Əsəd saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.