• Bakı 20° C

    3.36 m/s

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

24 Iyun 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

25.06.2025-ci il saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026