• Bakı 20° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Naxçıvanın Baş Planını Britaniya şirkəti hazırlayacaq

CƏMİYYƏT

24 Iyun 2025 | 19:24

Naxçıvanın Baş Planını Britaniya şirkəti hazırlayacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri Naxçıvan şəhərinin Baş planının hazırlanmasıdır. Bu mühüm layihənin icrası Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinə həvalə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu günlərdə Naxçıvana gələn şirkətin direktoru Marselina Zieliniska yeni Baş planla bağlı bir sıra vacib məqamları açıqlayıb.

Bir neçə dəfə Naxçıvanda olan Marselina Zieliniska şəhəri təmiz və sakit bir məkan kimi dəyərləndirib. O, Zəngəzur dəhlizinin açılması perspektivini nəzərə alaraq, gələcəkdə Naxçıvanın daha çox insanı qəbul edəcək potensiala sahib olduğunu bildirib.

“Düşünürük ki, Naxçıvan, bəlkə də, öz hazırkı əhalisinin iki qatına qədər insanı qəbul edə biləcək potensiala malikdir. Reallığa əsaslansaq, şəhərin böyüməsi və genişlənməsi zəruridir. Bu səbəbdən də əsas məqsədimiz, ilk növbədə, şəhərin infrastruktur imkanlarını və ümumi potensialını genişləndirməkdir. Paralel olaraq, şəhərin əhatə dairəsinin və inzibati sərhədlərinin də genişləndirilməsi gündəmdədir,” – deyə Marselina Zieliniska vurğulayıb.


SON XƏBƏRLƏR

24 Iyun 2025