Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, iyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.
Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.
Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən başlanılacaq.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.