• Bakı 19° C

    10.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Pənahinin filminə görə fransalı müşavir İran XİN-ə çağırıldı

MƏDƏNİYYƏT

25 May 2025 | 21:41

Pənahinin filminə görə fransalı müşavir İran XİN-ə çağırıldı

Fransa səfirliyinin müşaviri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, xarici işlər naziri Jan-Noel Barronun iranlı rejissor, keçmiş siyasi məhbus Cəfər Pənahinin Kann Film Festivalında baş mükafata layiq görülmüş filmi ilə bağlı söylədiyi fikirlərə etiraz edilib.

Qeyd edilib ki, Pənahinin 78-ci Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülən filmi İranda qeyri-qanuni çəkilibb: hakimiyyətdən icazə alınmayıb. O, 2023-cü ildə İran həbsxanasından çıxdıqdan sonra filmi Kannda şəxsən təqdim edib. Festivalın münsiflər heyətinin Pənahiyə ən yüksək mükafatı vermək qərarından sonra Barro filmin “İran rejiminin zülmünə müqavimət əlaməti olaraq” mükafat aldığını deyib.

İran Xarici İşlər Nazirliyi fransız nazirin sözlərini “alçaldıcı” və “əsassız” hesab edib.


SON XƏBƏRLƏR

25 May 2025