• Bakı 19° C

    11.59 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Ronaldo "Əl-Nəsr"dən ayrılır: Yeni klubla danışıq aparır

İDMAN

25 May 2025 | 19:31

Ronaldo Əl-Nəsrdən ayrılır: Yeni klubla danışıq aparır

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı növbəti dəfə transfer xəbərləri gündəmdədir.

Bakıvaxtı.az xəbər verir ki, Ronaldo FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək bir klubla danışıqlar aparır. Bu isə onun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk etməsi ehtimalını artırıb.

"Əl-Nəsr"in sözügedən turnirə vəsiqə qazana bilməməsi səbəbilə Ronaldo bu yarışda oynamaq arzusu ilə yeni klub axtarışına çıxıb. Qeyd edək ki, onun Səudiyyə təmsilçisi ilə olan müqaviləsi iyun ayında başa çatır.

Eyni zamanda, FIFA prezidenti Canni İnfantinonun məsələ ilə bağlı verdiyi açıqlamalar Ronaldonun nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. Onlar danışıqların ictimailəşməsini vaxtsız və uyğun olmayan addım kimi qiymətləndiriblər.

Ronaldo karyerası ilə bağlı yekun qərarını yaxın günlərdə verməlidir. O, ya "Əl-Nəsr"lə müqaviləsini uzadacaq, ya da Klublararası Dünya Çempionatında iştirak etmək üçün yeni klubla qısa müddətli anlaşmaya imza atacaq. (Offsideplus.az)


SON XƏBƏRLƏR

24 May 2025