• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

İDMAN

24 Iyun 2025 | 14:21

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun qızı Elif Engin iş adamı Ahmet Emin Ahlatçı ilə ailə qurub.

Keçirilən dəbdəbəli məclisdə 5 minə yaxın qonaq olub. Toyda Sibel Can, Edis kimi sənətçilər səhnəyə çıxaraq mahnılarını ifa ediblər. 

Mərasimə qatılanlar arasında Yıldırım Demirören, Fatih Terim, Aziz Yıldırım, Dursun Özbek, Acun Ilıcalı, Sibel Can, Ezgi Mola, Mustafa Aksakallı, Bensu Soral - Hakan Baş cütlüyü, Murat Boz, Saba Tümer, Ertem Şener, Berk Atan, İdil Fırat, Banu Ilıcalı və Efe Ceyhun kimi bir çox məşhur simalar yer alıb.

Nikah mərasimində isə Elif Enginin nikah şahidliyini Dursun Özbek, Aziz Yıldırım, Fatih Terim və Yıldırım Demirören edib.

Toydan olan görüntülər sosial şəbəkələrdə də marağa səbəb olub.


SON XƏBƏRLƏR