• Bakı 30° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

 "Qarabağ" "Şelburn"a böyük hesabla qalib gəldi - YENİLƏNİB

İDMAN

24 Iyul 2025 | 00:37

 Qarabağ Şelburna böyük hesabla qalib gəldi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

00:30

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib - 3:0.

Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.

00:27

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi iki topa yüksəldib - 2:0.

Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.

23:49

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" maçtında ikinci hissə başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

23:32

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

22:57

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesabda irəli çıxıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

22:45

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçı start götürüb.

Bakıvaxtı.az  xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.


SON XƏBƏRLƏR

23 Iyul 2025