İspaniyanın "Barselona" komandası heyətinə yeni futbolçu cəlb edib.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu icarə əsasında birillik heyətinə qatıb.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.