• Bakı 22° C

    10.17 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Ali Koçla azarkeşlər arasında gərginlik - VİDEO

İDMAN

24 Iyun 2025 | 10:08

Ali Koçla azarkeşlər arasında gərginlik - VİDEO

Türkiyə Basketbol Liqasının final mərhələsində keçirilən “Beşiktaş” – “Fənərbaxça” matçında gərgin anlar yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, meydan sahibi komandanın azarkeşləri rəqib klubun prezidenti Ali Koçun ünvanına təhqiredici şüarlar səsləndirib. 

Bundan sonra ara qarışıb. 

“Fənərbaxça” prezidenti Ali Koç meydanın kənarından qaçaraq komandanın idarəçilərinin yer aldığı tribunaya çıxıb. Orada olan “sarı lacivərt”li idarəçilərlə “Beşiktaş” tərəfdarları arasında gərginlik isə bundan sonra daha da böyüyüb. 

Klubun prezidenti Sərdar Adalı azarkeşlərə səslənərək sakitləşmələrini istəyib. 

Təhlükəsizlik əməkdaşları və polisin müdaxiləsindən sonra isə tərəflər arasındakı gərginliyə son qoyulub. 

Qeyd edək ki, “Fənərbaxça” bu görüşdə 91:87 hesablı qələbə qazanıb. 


SON XƏBƏRLƏR