• Bakı 19° C

    10.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Batabat yolunda ağır qəza: 5 nəfər yaralandı

HADİSƏ

25 May 2025 | 21:52

Batabat yolunda ağır qəza: 5 nəfər yaralandı

Naxçıvanda baş verən ağır yol qəzasında 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mersedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


SON XƏBƏRLƏR

25 May 2025