Alp dağlarının İsveçrəyə aid hissəsində beş xizək turu iştirakçısının cəsədi tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, alpinistlər təxminən 4000 metr yüksəklikdə tur iştirakçılarını müşahidə ediblər və xilasetmə xidmətinə xəbərdarlıq göndəriblər.
Polisin verdiyi məlumata görə, beş nəfərin cəsədi Tsermatt xizək mərkəzinin yaxınlığında tapılıb. Həlak olanların şəxsiyyəti hələlik məlum deyil.
İlkin ehtimala görə, tur iştirakçıları kəskin hava şəraitində qar uçqununa düşüblər.