• Bakı 20° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Rutte: NATO Ukraynaya dəstəyi davam etdirəcək

DÜNYA

24 Iyun 2025 | 18:00

Rutte: NATO Ukraynaya dəstəyi davam etdirəcək

Niderlandda NATO sammitindən əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Şurasının prezidenti Antoniu Koşta və hərbi blokun rəhbəri Mark Rutte arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata açıqlamalar verib.

    NATO Baş katibi Mark Rutte təkcə cari ilin birinci yarısında Ukraynaya ümumilikdə 35 milyard avro həcmində dəstək ayrıldığını və bu dəstəyin daha da artacağını vurğulayıb.

    Onun sözlərinə görə, bu ilki dəstək paketlərinin ümumi həcmi ötən ilə nisbətdə daha çox olacaq.

    Ursula fon der Leyen isə Avropa ölkələri üçün 150 milyard avroluq kredit fondu yaradıldığını və Ukraynanın da bu fonddan istifadə edə biləcəyini deyib.

    Göstərilən dəstəyə görə öz minnətdarlığını bildirən Volodimir Zelenski Avropa İttifaqının Ukraynaya dəstəyinin ölkəsini gücləndirən əsas amillərdən biri olduğunu bildirib.


    SON XƏBƏRLƏR

    24 Iyun 2025