• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukraynada mitinqlər keçiriləcək

DÜNYA

24 Iyul 2025 | 16:15

Ukraynada mitinqlər keçiriləcək

Ukraynanın onlarla şəhərində iyulun 24-də mitinqlər başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın fraksiyasız deputatı Artyom Dmitruk öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, etiraz aksiyalarının Dnepr, Vinnitsa, Kiyev, Nikolayev, Lvov, Odessa, Xarkov, Poltava, Çerniqov, Çernovtsi və digər şəhərlərdə keçirilməsi planlaşdırılır.

Kiyevdə isə mitinqin Vladimir Zelenskinin prezident ofisinin yaxınlığında, Franko teatrının yanındakı parkda baş tutacağı bildirilib.

Qeyd olunub ki, Ukraynada silahlı münaqişə başlayandan bəri ilk dəfədir ki, kütləvi etiraz aksiyaları keçirilir. 

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026