• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiyada təyyarə qəzasında ölənlərlə bağlı 3 gümlük matəm - YENİLƏNİB

DÜNYA

24 Iyul 2025 | 16:38

Rusiyada təyyarə qəzasında ölənlərlə bağlı 3 gümlük matəm - YENİLƏNİB

Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzasında ölənlərlə bağlı üç günlük matəm elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri qubernator Vasili Orlova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, regionun bütün ərazisində bayraqlar 25, 26 və 27 iyul tarixlərində endirilmiş vəziyyətdə olacaq: "Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub. Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm".

***

12:42

Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində “An-24” təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.

M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.

“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.


SON XƏBƏRLƏR