Cənubi Koreyada güclü yağışlar və daşqınlar nəticəsində 23 nəfər həlak olub, daha 5 nəfər itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Hankyoreh” nəşri ölkənin İnzibati İdarəetmə və Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, ən çox qurban Kyonsan-Namdo əyalətindədir - 13 nəfər, Kyongidoda - 6, Çxunçxon-Namdoda - 3, Kvançu şəhərində - 1 nəfər. Kaphen qəzasında üç nəfər itkin düşüb.
Bundan əlavə, leysan və daşqınların nəticələri səbəbindən 2,2 mindən çox təxliyə edilmiş insan evlərinə qayıda bilmir.