• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər

DÜNYA

24 Iyul 2025 | 17:37

Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) ilə bağlı birgə idarəetmə təyin edə və ya şirkətdə pay almaq məsələsinə baxa bilər.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

Onun sözlərinə görə, komissiya EEŞ-nin işində pozuntuların olduğunu bildirən Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müraciətinə baxmalıdır.

Bunun üçün hökumət şirkətə müvəqqəti idarəçi təyin edib. Yoxlamanın aparılması üçün üç ay vaxt lazımdır (müddət daha bir ay uzadıla bilər). Əgər pozuntuların olması sübut edilərsə, o, işini davam etdirəcək.


SON XƏBƏRLƏR

25 Iyul 2025