• Bakı C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Qardaşı oğlunu qətlə yetirən şəxsin məhkəməsi başladı

CƏMİYYƏT

26 Yanvar 2026 | 14:06

Qardaşı oğlunu qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakıda qardaşı oglunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işinin məhkəməsi başlayıb

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Babək İbadov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyisdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 5-də saat bir radələrində Nəsimi rayonunun Bəşir Səfəroğlu küçəsində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR