• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Revanşistlər hələ də Rusiyaya bel bağlayır - AÇIQLAMA

SİYASƏT

26 Yanvar 2026 | 13:38

Revanşistlər hələ də Rusiyaya bel bağlayır - AÇIQLAMA

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq “Tramp marşrutu” və ya Zəngəzur dəhlizi fasiləsiz və maneəsiz rejimdə işləyəcək”.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib. O iddia edib ki, bütün bu prosesin məqsədi Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana maneəsiz və fasiləsiz əlaqəsini təmin etməkdir:

“Bu öhdəlik Ermənistan tərəfindən artıq əvvəlcədən razılaşdırılmış və imzalanmış sənədlərdə təsbit olunub”.

Vardan bundan əvvəl də söyləmişdi ki, TRIPP əslində bir dəhlizdir, bundan yalnız Azərbaycanla Türkiyə faydalanacaq. Qeyd edək ki, V.Oskanyan rusiyayönlü şəxs kimi tanınır və Ermənistanda Moskvanın təlimatları ilə hərəkət edir.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Bakıvaxtı.az-a deyib ki, Rusiya təbii olaraq TRIPP layihəsinin reallaşmasında maraqlı deyil.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçiriləcək bu layihə Rusiyanın Cənubi Qafqaza siyasi və iqtisadi nəzarətdən tamamilə kənarda qoyur:

“Ötən il avqustun 8-də Vaşinqtonda Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar Rusiyanı narahat etməkdədir və Kreml buna qarşı çıxdığını hər dəfə büruzə verir. Rusiya Trampın təşəbbüsünü qeyri-real adlandırırdı. Cənub qonşumuz İran da Rusiya ilə həmfikir olaraq çıxış edir. Ancaq məsələ ondadır ki, TRIPP layihəsi Orta dəhlizin bir komponenti kimi Çini Avropa ilə birləşdirəcək və iqtisadi baxımdan ən əlverişli marşrutdur”.

Müsahibimiz Ermənistanda buna qarşı çıxan Vardan Oskanyanın Koçaryan-Sarkisyan hakimiyyətlərinin təmsilçisi olduğunu xatırladıb. Dediyinə görə, o, həm Koçaryanın, həm də Sarkisyanın hakimiyyəti dövründə yüksək vəzifələrdə çalışıb. Koçaryan-Sarkisyan hökumətləri birbaşa Rusiyanın siyasi maraqlarını müdafiə ediblər. Əlbəttə, Rusiya ilə əlbir olan bu qüvvələr TRIPP layihəsini qəbul etmək istəmirlər.

Mütəllim Rəhimov: Rusiya təbii olaraq TRIPP layihəsinin reallaşmasında maraqlı deyil

M.Rəhimov bildirib ki, Ermənistandakı revanşist qüvvələrin son ümidləri Rusiyadır:

“Onlar ümid bəsləyirlər ki, gələcəkdə Rusiyanın dəstəyi ilə Paşinyan hakimiyyəti devriləcək və əvvəlki xülyalarla yaşamağa başlayacaqlar. Ona görə də hər fürsətdə Paşinyana qarşı çıxır, sülh prosesinin və TRIPP layihəsinin əleyhinə bəyanatlar səsləndirirlər. Ermənistan ictimaiyyətini inandırmağa çalışırlar ki, guya Zəngəzur dəhlizi siyasi və iqtisadi baxımdan Ermənistana heç nə vəd etmir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Yanvar 2026