• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

SİYASƏT

25 Fevral 2026 | 11:12

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

Nazirlər Kabineti "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə 4 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Qeyd edək ki, Azər Bayramov bir müddət əvvəl iqtisadiyyat nazirinin müavini təyin edilib. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
 


SON XƏBƏRLƏR

24 Fevral 2026