• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

"Yüksəliş" müsabiqəsi açıqlama yaydı

CƏMİYYƏT

25 Fevral 2026 | 12:13

Yüksəliş müsabiqəsi açıqlama yaydı

Son günlər bəzi təlim mərkəzləri "Yüksəliş" müsabiqəsinin adı və loqosundan istifadə olunmaqla sınaq imtahanları və hazırlıq proqramlarına dair elanlar paylaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ ilə bağlı "Yüksəliş" müsabiqəsi münasibət bildirib.

Vurğulanıb ki, qeyd olunan fəaliyyətlərin müsabiqə ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil:

"⁠VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi hələ elan edilməyib. ⁠Rəsmi imtahan tarixləri, eləcə də müsabiqə ilə bağlı bütün rəsmi məlumatlar yalnız "Yüksəliş" müsabiqəsinin rəsmi səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır. Namizədlərdən xahiş edirik ki, məlumatları yalnız rəsmi mənbələrdən əldə etsinlər və qeyri-rəsmi elanlara qarşı diqqətli yanaşsınlar".


SON XƏBƏRLƏR

24 Fevral 2026