• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Vikipediya"dan daha bir QADAĞA

CƏMİYYƏT

27 Mart 2026 | 10:55

"Vikipediya"dan daha bir QADAĞA

"Vikipediya" süni intellektlə yaradılmış mətnlərin dərcinə qadağa tətbiq edib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, yeni qaydalar artıq saytın ingilisdilli versiyasında qüvvəyə minib.

Bundan sonra müəlliflərə məqalələri süni intellekt vasitəsilə yazmaq və ya yenidən işləmək qadağandır. Lakin qrammatika və orfoqrafiyanın yoxlanılması, eləcə də tərcümə məqsədilə neyroşəbəkələrdən istifadə etməyə icazə verilir.

Qeyd olunur ki, süni intellektlə yazılmış məzmunu aşkar etmək hələ də çətin olaraq qalır və belə materialların sayta yerləşdirilməsi ehtimalı mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026