• Bakı 27° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azad edilmiş ərazilərdə ilk olimpiada qalibi o oldu

CƏMİYYƏT

25 Aprel 2026 | 20:03 | Müəllif: Subhan Mahmudov

Azad edilmiş ərazilərdə ilk olimpiada qalibi o oldu

İşğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası artıq ilk uğurlarını göstərməkdədir.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Yusif Elnur oğlu İsmayılzadə tarix fənni üzrə gümüş medala layiq görülüb.

Bu nailiyyət işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətə başlamasından sonra əldə edilən ilk olimpiada uğuru kimi xüsusi əhəmiyyət daşıyır və Böyük Qayıdışın təhsil sahəsindəki uğurlu nəticələrinin bariz nümunəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026