• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

İnternetin sürətinə minimum hədd qoyula bilər

CƏMİYYƏT

25 Fevral 2026 | 11:47

İnternetin sürətinə minimum hədd qoyula bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internetin sürətinə minimum hədd qoyulması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

"Bu gün biz sərt tənzimləmə üsuluna keçmək istəyirik. Təkliflərimiz normativ sənəd olaraq təsdiqləndikdən sonra bütün provayderlər məcbur olacaqlar ki, minimum həddən aşağı sürət təmin etməsinlər. Eyni zamanda xidmətin keyfiyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi haqqında düşünürük", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

24 Fevral 2026