• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Azərbaycan Avropa dəyərlərinin qarşısında öz dəyərini qorudu - ŞƏRH

SİYASƏT

26 Yanvar 2026 | 13:09

Azərbaycan Avropa dəyərlərinin qarşısında öz dəyərini qorudu - ŞƏRH

"Avropa təsisatları öz abstrakt dəyərlərini təlqin etdirmək üçün illər ərzində var gücü ilə çalışdı. Hətta o qədər ədalətsiz bir yanaşma ortaya qoydu ki, işğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoyan bir fikir, bir bəyanat belə səsləndirmədilər".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a Avropanın Azərbaycana münasibəti, enerji siyasəti və milli maraqların qorunması məsələlərindən danışarkən bildirib.

Müsahibimiz qeyd edib ki, elə məhz buna görə də nəinki Azərbaycan dövlətini, Azərbaycan xalqını da təngə gətirdilər, özlərini gözdən daha da saldılar. Azərbaycan isə prinsipial mövqəyindən dönmədi.

Politoloqun sözlərinə görə, məhz buna görə də prezident İlham Əliyev sabitliyi ən böyük sərvət kimi xarakterizə etdi. Çünki Avropa təsisatları ölkələrdəki sabitliyi ən kövrək hala gətirərək, məhz bu incə məqam üzərindən dövlətləri laxlatmaq, ənənəvi dəyərləri aşındırmaq və özlərinə tabe, itaətkar müttəfiq edərək boyunduruq altına salmaq istəyirdilər. Azərbaycan Prezidenti İlham Əliyev olduqca düzgün yol tutdu.

Ş.Həsənovaya görə, qürürverici məqam odur ki, xalqımız da xarici və daxil ünsürlərin əlində alətə çevrilmədi:

"Öz liderinin ətrafında hər keçən gün daha da möhkəm dayandı. Odur ki, dövlətlərin legitimliyinin, təhlükəsizliyinin sual altına düşdüyü, sual altında tutulduğu son dərəcə həssas bir mərhələdən Azərbaycan bir deyil, bir neçə dəfə uğurla çıxdı. Azərbaycan Avropa dəyərlərinə öz dəyərini qurban vermədi, o dəyərlər qarşısında öz dəyərini qorudu, milli maraqlarından dönmür. Məhz buna görə də Davosdan səsləndirildi ki, həll yollları sözlərdə yox, hərəkətlərdə, qətiyyətli liderlərdədir. Məhz Azərbaycan lideri kimi!"

Şəbnəm Həsənova: Azərbaycan heç bir tərəfdaşla münasibətlərini korlamaq istəmir

Həmsöhbətimiz bildirib ki, sual olunmalıdır ki, Avropa Azərbaycandan enerji almaqda israrlıdır, maraqlıdır, bu onun üçün zəruridir. Buna baxmayaraq nəyə görə ənənəvi, bərpaolunan enerjiyə sərmayə qoymaq istəmir?

"Təbii ki, belə olan məqamda münasibətlər yenidən nəzərdən keçirilməli, bir daha real qiymətləndirmələr aparılmalıdır. Xüsusilə mövcud durumda, Avropanın nəinki arxada durduğu, arxadan qaçdığı da son dərəcə aydın görünür. Mən deməzdim ki, Avropa-Azərbaycan siyasi xəttinin yeni, mənfi fazadan inkişafında Azərbaycan maraqlıdır. Çünki Azərbaycan heç bir tərəfdaşla münasibətlərini korlamaq istəmir. Habelə, Azərbaycan heç kimin havasına da oynayası deyil. Odur ki, bu gərginliyin uzunmüddətli siyasi xəttə çevrilməsi və yaxud da situativ reaksiya kimi dəyərləndirilməsi sırf qarşı tərəfdən asılı olan amildir".

Politoloq bildirib ki, qarşı tərəfin yanaşmasından, ən çox da addımlarından çox şey asılıdır. Baş verən hadisələr Azərbaycandan çevik yanaşma tələb edir. Odur ki, Azərbaycan ABŞ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya ilə enerji sahəsi üzrə əməkdaşlıq edir.

Şəbnəm Həsənova vuğulayıb ki, enerji layihələrinin aktuallığı, bağlantılar, logistika, nəqliyyat və kommunikasiya xətlərinin bu qədər zəruri olduğu bir məqamda, xüsusilə də Avropanın digər tərəfdaşları ilə münasibətlərinin mövcud durumunda Avropanın Azərbaycanı itirməsi Cənubi Qafqazda əhəmiyyətli dərəcədə mövqeyinin azalması deməkdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Yanvar 2026