• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

"JEK pulu" qanunsuzdur - İZAH

CƏMİYYƏT

26 Yanvar 2026 | 13:04

JEK pulu qanunsuzdur - İZAH

Bir çox vətəndaş hər il JEK-lərə ödəniş etdiyini bildirir. Əksər hallarda bu məbləğ illik 40-50 manat civarında olur.

Maraqlıdır, bu ödənişlər nə dərəcədə qanunidir?

Bakıvaxtı.az-ın Milli.Az-a istinadən məlumatına görə, hazırkı qanunvericilikdə "JEK" anlayışı ümumiyyətlə mövcud deyil. 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən, kommunal xidmətlərinə görə ödənişlər yalnız qanunvericiliklə müəyyən edilmiş tariflər əsasında və həmin xidməti göstərən qurumla rəsmi müqavilə bağlandığı halda tələb oluna bilər.

Bəs, vətəndaşın JEK-lə müqaviləsi yoxdursa?

Əgər mənzil sahibi JEK, yəni dövlətə mənzil istismarı və təmir tikinti təşkilatları ilə heç bir müqavilə bağlamayıbsa, həmin qurum ona xidmət göstərə bilməz. Eyni zamanda ödəniş tələb etmək hüququna da malik deyil.


SON XƏBƏRLƏR

25 Yanvar 2026