Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran və İsrail arasında bu gün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AEBA-nın portalında dərc edilmiş bəyanatda deyilir.
"ABŞ-nin iyunun 22-də obyekti bombardman etməsindən sonra AEBA müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb", - məlumatda qeyd edilib.
Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib.
Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-nin zərbələrindən iki çuxur yeri aşkar edib.