• Bakı 25° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Türkiyədən hava məkanı ilə bağlı TƏKZİB

DÜNYA

24 Iyun 2025 | 20:16

Türkiyədən hava məkanı ilə bağlı TƏKZİB

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi ABŞ bombardmançılarının İranın nüvə obyektlərinə hücum etmək üçün Türkiyə hava məkanından istifadə etməsi ilə bağlı iddiaları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, açıqlamada İsrailin İrana hücumları zamanı Türkiyənin hava məkanının heç bir şəkildə pozulmadığı bildirilib.

"ABŞ-nin İranın nüvə obyektlərinə hücumları zamanı Türkiyənin hava məkanından qətiyyən istifadə olunmayıb. ABŞ-dən havaya qalxan bombardmançılar Cəbəllütariq boğazına girərək Aralıq dənizinin cənubundan İsrailə çatıb və İraq üzərindən İrana zərbələr endirib. Hücumdan sonra bombardmançı təyyarələr əks istiqamətdə eyni marşrutu izləyib, Aralıq dənizi üzərində (Kritin cənubu) yanacaq doldurub ABŞ-yə qayıdıblar. Türkiyə Cümhuriyyəti israrla Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarı olmağa davam edir, prezident Rəcəb Tayyib Ərdoğan isə diplomatiyanın davam etdirilməsi üçün təşəbbüslərə rəhbərlik edir", - açıqlamalada qeyd olunur. 


SON XƏBƏRLƏR

24 Iyun 2025