Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxşa Sarayında Pakistan Baş naziri Şahbaz Şərifi qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Qapalı keçirilən görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin qiymətləndiriləcəyi gözlənilir.
Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.
Bundan başqa, iki ölkə arasında yaradılmış və sonuncu iclası ötən ilin fevralında Prezident Ərdoğanın iştirakı ilə İslamabadda keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesləri nəzərdən keçiriləcək.
***18:34
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkə liderini İstanbul Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.
Şərif səfər çərçivəsində Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Onun qarşıdakı günlərdə Azərbaycana da səfəri gözlənilir.