• Bakı 19° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Peskov: İsrail və İran arasında atəşkəsi alqışlayırıq

DÜNYA

24 Iyun 2025 | 16:32

Peskov: İsrail və İran arasında atəşkəsi alqışlayırıq

Kremlin sözçüsü Dmitri Peskov Moskvada baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Peskov, ABŞ-nin İrana hücumları ilə bağlı məlumatı Rusiyanın müvafiq kanallar vasitəsilə aldığını bildirib. O, hücumların nəticəsində dəyən ziyanın qiymətləndirilməsi üçün zamana ehtiyac olduğunu qeyd edib.

Peskov həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Erakçi arasında dünən Moskvada keçirilən görüşdə İranın ABŞ-a cavab hücumu məsələsi gündəmdə olmayıb.

ABŞ Prezidenti Donald Trampın İsraillə İran arasında elan etdiyi atəşkəslə bağlı fikirlərinə toxunan Peskov deyib:

“Əgər həqiqətən də atəşkəs əldə olunubsa, bunu yalnız alqışlamaq olar. Münaqişə başlayandan bəri Rusiyanın istədiyi də məhz budur. Ümid edirik ki, bu, davamlı və sabit bir atəşkəs olacaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

24 Iyun 2025