• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Aİ Suriyada atəşkəsə əməl olunması ilə bağlı çağırış edib

DÜNYA

24 Iyul 2025 | 15:32

Aİ Suriyada atəşkəsə əməl olunması ilə bağlı çağırış edib

Avropa İttifaqı (Aİ) Suriyanın cənubunda yüzlərlə insanın həyatını itirməsi ilə nəticələnən zorakılığı, mülki şəxslərə qarşı törədilən hücumları qətiyyətlə pisləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında qeyd olunub.

Bəyanatda Aİ tərəfindən şəffaf, etibarlı və qərəzsiz istintaqın aparılması və beynəlxalq humanitar hüquq və insan hüquqları qanunvericiliyinin ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması barədə çağırış edilib.

Bildirilib ki, hazırda qüvvədə olan atəşkəs tam şəkildə hörmət edilməlidir.

Aİ rəhbəri eyni zamanda, istisnasız olaraq bütün xarici aktorları Suriyanın birliyi, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə tam hörmət göstərməyə çağırıb:

“Dialoq və suriyalıların hüquqlarını təmin edən, inklüziv şəkildə və sülh yolu ilə həyata keçirilən keçid dövrünün irəliləməsinin vaxtıdır. Suriyanın keçid hökuməti bütün suriyalıları ayrı-seçkilik etmədən qorumaq, beynəlxalq normalara və standartlara uyğun olaraq silahsızlaşdırma, qüvvələrin tərxis edilməsi və milli təhlükəsizlik qüvvələrinin yenidən qurulması istiqamətində zəruri addımlar atmaq məsuliyyətini daşıyır. Avropa İttifaqı isə bu səylərdə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyir”.


SON XƏBƏRLƏR

25 Iyul 2025